Xalq artisti: "Mirzə Cəlilin bir neçə əsərinə quruluş vermək istəyirəm"

Xalq artisti: "Mirzə Cəlilin bir neçə əsərinə quruluş vermək istəyirəm" "Kişmiş oyunu" tamaşası bölgə teatrlarının birində səhnəyə qoyulacaq
İncəsənət
26 Yanvar , 2016 14:27
Xalq artisti: Mirzə Cəlilin bir neçə əsərinə quruluş vermək istəyirəm

Bakı. 26 yanvar. REPORT.AZ/ "Cəlil Məmmədquluzadənin əsərlərindən bir neçəsini səhnəyə qoymaq istəyirəm". 

Bunu "Report"a açıqlamasında xalq artisti, rejissor Vaqif Əsədov deyib. 

Rejissor bildirib ki, C.Məmmədquluzadənin bir neçə əsərinə quruluş verəcək: "Gənc Tamaşaçılar Teatrında quruluş verdiyim tamaşalar oynanılır. Ürəyimdən, Mirzə Cəlilin bir neçə əsərinə səhnə ömrü vermək keçir. Dahi ədibin səhnəyə qoyulmayan və ya çox az qoyulan əsərlərindən istifadə etmək istəyirəm. Bölgə teatrlarının birində "Kişmiş oyunu" əsərinə quruluş verəcəm. "Ölülər" əsərini də, səhnəyə qoymaq istəyirəm. Hələlik bunlar gələcək üçün düşündüklərimdir. İnşallah, bu planlarımı həyata keçirə biləcəm".

Son xəbərlər

Orphus sistemi