Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçiriləcək

Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçiriləcək Məqsəd xalqımızın qədim milli irsini qoruyub yaşatmaq və gələcək nəsillərə ötürməkdir
İncəsənət
21 Noyabr , 2015 19:07
Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabr ayının 24-də saat 15:00 tarixində Azərbaycan Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçiriləcək.

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın əvəzsiz sənət nümunələrini, milli irsini qoruyan, onun nümayişi və təbliğini daim həyata keçirən Azərbaycan Xalça Muzeyi öz ənənəsinə sadiq qalaraq, zərif sənət nümunəsi olan kəlağayımızı da qürurla nümayiş etdirəcək. Məqsəd xalqımızın qədim milli irsini qoruyub yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

Tədbir çərçivəsində muzeyin Uşaq şöbəsi face-art proqramınında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstəriləcək. Bundan başqa konsert proqramı da təqdim olunacaq.   

Son xəbərlər

Orphus sistemi