"Walt Disney" şirkəti filmlərini Çində çəkəcək

"Walt Disney" şirkəti filmlərini Çində çəkəcək Şirkət prezidentinin sözlərinə görə, ilk film bir il ərzində istehsalata veriləcək
İncəsənət
9 İyun , 2016 17:36
Walt Disney şirkəti filmlərini Çində çəkəcək

Bakı. 9 iyun. REPORT.AZ/ "Walt Disney" şirkəti öz filmlərinin istehsalını Çində başlamağa hazırlaşır. 

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Robert Ayqer bildirib.

Onun sözlərinə görə, ilk film bir il ərzində istehsalata veriləcək. Robert Ayqer hesab edir ki, Çin yaxında dünyada ən böyük kino sənayesi bazarına çevriləcək.

Hazırda "Walt Disney"in 5 kinostudiyasından yalnız biri ABŞ-ın xaricində yerləşir. Bu, 2008-ci ildə Parisdə açılan "Disney Nature" kinostudiyasıdır.

Son xəbərlər

Orphus sistemi