Vüqar Şıxəmmədov: "Azərbaycan Kino Ensiklopediyası"nın I-ci cildi nəşrə hazırdır"

Vüqar Şıxəmmədov: "Azərbaycan Kino Ensiklopediyası"nın I-ci cildi nəşrə hazırdır" "Hazırda korrektə və redaktə işləri gedir"
İncəsənət
7 Oktyabr , 2015 20:41
Vüqar Şıxəmmədov: Azərbaycan Kino Ensiklopediyasının I-ci cildi nəşrə hazırdır

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə nəşr ediləcək "Azərbaycan Kino Ensiklopediyası"nın I cildi hazırdır. İndi nəşrlə bağlı texniki məsələlər həll edilir". 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, "Azərbaycan Kino Ensiklopediyası" II cilddə hazırlanacaq: "Hazırda I cildlə bağlı korrektə və redaktə işləri gedir. Nəşr tam hazır olan kimi çap ediləcək". 

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Azərbaycan Kino Ensiklopediyası" və "Azərbaycanın Teatr Ensiklopediyası" nəşrə hazırlanır.

Son xəbərlər

Orphus sistemi