​Vladimir Putin Azərbaycan kinorejissorunu mükafatlandırıb - FOTO

​Vladimir Putin Azərbaycan kinorejissorunu mükafatlandırıb - FOTO Rusiya prezidenti Vaqif Mustafayevi Dostluq Ordeninə layiq görüb
İncəsənət
8 May , 2015 03:13
​Vladimir Putin Azərbaycan kinorejissorunu mükafatlandırıb - FOTO

Bakı. 8 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin "Rusiya ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, ticari-iqtisadi və mədəni əlaqələrin inkişafına verdikləri böyük töhfələrə görə" bir sıra əcnəbi ölkə vətəndaşlarının dövlət mükafatları ilə təltif edilməsi barədə fərman imzalayıb.

"Report" Rusiyanın Hüquqi İnformasiya Dövlət Sisteminin rəsmi internet portalına istinadən xəbər verir ki, prezidentin fərmanı ilə Azərbaycanın tanınmış kinorejissoru Vaqif Behbud oğlu Mustafayev Rusiyanın Dostluq Ordeninə layiq görülüb.

Putinin Dostluq Ordeni və Puşkin medalı ilə mükafatlandırdığı şəxslər siyahısında, həmçinin İran, Fransa, Rumıniya, Belarus, Latviya, Özbəkistan, Qazaxıstan və Sloveniya vətəndaşlarının adları var.

Son xəbərlər

Orphus sistemi