VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək Festival mayın17-dən 24-dək davam edəcək
İncəsənət
25 Aprel , 2015 12:00
VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Bakı. 25 aprel. REPORT.AZ/ Mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Rostropoviç festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Müxtəlif ölkələrdən dünya şöhrətli musiqiçilərin və kollektivlərin iştirak edəcəyi festivalın açılış mərasimi mayın 17-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə olacaq. Bədii rəhbər və baş dirijor xalq artisti Rauf Abdullayevdir. Festivalın ilk günündə alman bəstəkarı Karl Orfun “Karmina Burana” səhnə kantatası ifa ediləcək.

Festival çərçivəsində, mayın 23 və 24-də Heydər Əliyev Sarayında Rikkardo Mutinin dirijorluğu ilə Luici Kerubini Orkestrinin geniş konsert proqramı olacaq.

Son xəbərlər

Orphus sistemi