Bakı. 17 oktyabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşası oynanılıb.
"Report" xəbər verir ki, tamaşa yurd sevgisi, hərbi vətənpərvərlik ruhu aşılayan, Qarabağ hadisələrindən bəhs edən əsərdir.
Sumqayıt tamaşaçılarının maraqla qarşıladığı, ötən mövsüm premyerası gerçəkləşmiş tamaşa bu gün də teatrın repertuarında önəmli yer tutur.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədovdur.
Obrazları əməkdar artist Ulduzə Nəsir, aktyorlar Habil Xanlarov, Mətləb Səfərli, Dağlar Rüstəmov, Siyavuş Mahmudov, Kifayət Burziyeva, Vəfa Qurbanova və başqaları canlandırır.