Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Üzeyir Hacıbəylinin xatirəsi yad edilib Sentyabrın 18-i görkəmli bəstəkarın doğum günüdür
İncəsənət
17 Sentyabr , 2016 11:35
Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər. 

"Report"un məlumatına görə, onlar həmçinin Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbirə qatılıb, Milli İncəsənət Muzeyinin bağındakı "Güllələnmiş heykəllər" abidəsini ziyarət edib, burada Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəlləri önünə qərənfillər düzüblər.

Eyni zamanda, nazirlik və incəsənət nümayəndələri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunan tədbirdə iştirak ediblər. Tədbirin yekununda Azərbaycan Dövlət Xor Kapellası və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrının çıxışı olub.

Qeyd edək ki, sentyabrın 18-i Azərbaycan professional musiqi sənətinin banisi, görkəmli bəstəkar, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günüdür. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı fərmanla hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi