Xalq artistləri uşaqlarla birlikdə səhnəyə çıxacaq

Xalq artistləri uşaqlarla birlikdə səhnəyə çıxacaq Heydər Əliyev Sarayında "Ulduza bənzər" adlı xeyriyyə konserti olacaq
İncəsənət
24 Aprel , 2015 12:05
Xalq artistləri uşaqlarla birlikdə səhnəyə çıxacaq

Bakı. 24 aprel. REPORT.AZ/ Heydər Əliyev Sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş "Ulduza bənzər" adlı xeyriyyə konserti olacaq. "Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayı yayıb. 

Qala konserdə səhnəyə xalq artistləri və onların kiçildilmiş obrazları qismində uşaqlar çıxacaq. Kiçik ulduzlar oxuyacaq, səhnə performansı nümayiş etdirəcək. Münsiflər heyəti isə uşaqların ulduz obrazını qiymətləndirərək mükafatlandıracaq. Balacaların marağına səbəb olacaq konsertin biletləri artıq satışdadır. Biletlərin qiyməti 20-65 manatdır.

Son xəbərlər

Orphus sistemi