Uşaq Teatrında "Oxutmuram, əl çəkin!" adlı tamaşa hazırlanır

Uşaq Teatrında "Oxutmuram, əl çəkin!" adlı tamaşa hazırlanır Teatrda iki tamaşanın məşqləri gedir
İncəsənət
31 Mart , 2016 13:44
Uşaq Teatrında Oxutmuram, əl çəkin! adlı tamaşa hazırlanır

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Uşaq Teatrında Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabirin "Oxutmuram, əl çəkin!" şeiri əsasında eyniadlı tamaşa hazırlanır.

Bu barədə "Report"a Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan açıqlama verib.

Hazırda məşqlərin getdiyini deyən İntiqam Soltan bu tamaşanın təhsilə yardım proqramına dəstək olaraq hazırlandığını bildirib.

Həmçinin Teatrda şərti adı "Dovşanın evi" olan alleqorik əsər hazırlanır. Əsəri teatrın sifarişi ilə Arzu Soltan yazıb.

Uşaqlar üçün yazılan tamaşada müasir dövrlə səsləşən, aktual mövzulara toxunulub.

Son xəbərlər

Orphus sistemi