Urmiyədə türk dilində tamaşa səhnəyə qoyulur

Urmiyədə türk dilində tamaşa səhnəyə qoyulur Fevralın 13-dən 17-dək “Yenə yapraqlar düşür” adlı tamaşa səhnəyə çıxacaq
İncəsənət
8 Fevral , 2015 08:31
Urmiyədə türk dilində tamaşa səhnəyə qoyulur

Bakı. 8 fevral. REPORT.AZ/ Urmiyə şəhərində fevralın 13-dən 17-dək “Yenə yapraqlar düşür” adlı tamaşa türk dilində səhnəyə çıxacaq.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, yerli qəzetlərin yaydığı məlumata görə, aşıq musiqisi, habelə tar və bağlama ifaları ilə müşayiət edilən tamaşa İranın İrşad Nazirliyinə bağlı olan Urmiyə İncəsənət və Kültür Kompleksində səhnəyə qoyulacaq.

Rejissor Pərisa Kazıminin səhnə üçün hazırladığı tamaşanın müəllifi Tovhid Nəcəfzadədir. Tamaşanın musiqiçi əməkdaşları (solist) isə aşıq Qulam Rza Əlizadə, Əmir Rzayi və Əlir Rzayidir.

Yenə yapraqlar düşür layihəsi Yaşıl Yapraq İnşaat şirkəti və Qərbi Azərbaycan vilayətinin İrşad və Mədəniyyət idarəsinin dəstəyi ilə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi