Üçüncü sinif şagirdi Azərbaycanı Macarıstanda uğurla təmsil edib

Üçüncü sinif şagirdi Azərbaycanı Macarıstanda uğurla təmsil edib Rəfail Cəfərov vokal ifaçılığı üzrə qızıl medala layiq görülüb
İncəsənət
7 İyul , 2015 20:45
Üçüncü sinif şagirdi Azərbaycanı Macarıstanda uğurla təmsil edib

Bakı. 7 iyul. REPORT.AZ/ Macarıstanın Balatonfired şəhərində 4-8 iyul tarixlərində XV Balaton Beynəlxalq Gənclik İncəsənət festivalı keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, festivalda Azərbaycanı Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin 3 sinif şagirdi Rəfail Cəfərov təmsil edib və vokal ifaçılığı üzrə qızıl medala layiq görülüb.

Tədbir çərçivəsində vokal, ifaçılıq, xoreoqrafiya, instrumental musiqi və s. üzrə nominasiyalar nəzərdə tutulub.

Qaliblər Macarıstanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib və mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi