TÜRKSOY Azərbaycanın bir sıra mədəniyyət və incəsənət xadimlərini mükafatlandırıb

TÜRKSOY Azərbaycanın bir sıra mədəniyyət və incəsənət xadimlərini mükafatlandırıb Haldun Taner medalı təqdim edilib
İncəsənət
23 Dekabr , 2015 18:53
TÜRKSOY Azərbaycanın bir sıra mədəniyyət və incəsənət xadimlərini mükafatlandırıb

Bakı. 23 dekabr. REPORT.AZ/ TÜRKSOY Azərbaycanın bir sıra sənət adamları, teatr xadimləri və dramaturqlarını "Haldun Taner" medalı ilə mükafatlandırıb.  

"Report" xəbər verir ki, bu gün Akademik Milli Dram Teatrında keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov medalları onlara təqdim edib.

Mükafatçılar sırasında Azərbaycanın əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Cahangir Novruzov, əməkdar incəsənət xadimi, Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemət, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, sənətşünaslıq elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Məryəm Əlizadə və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud da var. 

Qeyd edək ki, TÜRKSOY görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə 2015-ci ili "Haldun Taner ili" elan edib.

Son xəbərlər

Orphus sistemi