Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru Nezih Tuncay uzun sürən xəstəlikdən sonra iyunun 29-da 71 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu məlumatı onun oğlu öz facebook səhifəsində paylaşıb.
Qeyd edək ki, N.Tuncay bir çox film və seriallarda, o cümlədən "Məhəllənin muxtarları", "Yarpaq tökümü", "Rus gəlin"də maraqlı obrazlar yaradıb.