Türkiyənin məşhur aktyorları Bakıya gəlib - FOTO

Türkiyənin məşhur aktyorları Bakıya gəlib - FOTO Nizami Kino Mərkəzində "Kardeşim benim" filminin qala-gecəsi keçirilib
İncəsənət
10 Fevral , 2016 20:14
Türkiyənin məşhur aktyorları Bakıya gəlib - FOTO

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda Türkiyənin məşhur aktyorları Burak Özçivit, Murad Boz və Aslı Enverin rol aldığı "Kardeşim benim" filminin qala-gecəsi keçirilib.

"Report" xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan qala-gecədə filmin yaradıcı heyəti və baş rolun ifaçıları iştirak edib.

Filmdə baş rolun ifaçılarından biri - müğənni Murad Boz Bakıya gəlməyib.

Nizami Kino Mərkəzində keçirilən qala-gecədə filmin nümayişindən sonra aktyorlar mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, filmin ssenari müəllifi Zafer Külünk, rejissoru Mert Baykaldır. "Kardeşim benim" iki musiqiçi qardaşın həyatından bəhs edir.

Filmin Türkiyədə ilk nümayişi yanvarın 14-də olub. 

Son xəbərlər

Orphus sistemi