Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyənin Aksaray şəhərində türkdilli ölkələrin rəssamlarının görüşü keçiriləcək. "Report" xəbər verir ki, TÜRKSOY-un təşkilatçılığı ilə baş tutacaq tədbirin məqsədi sənət adamlarını bir araya gətirmək, onlar arasında yaradıcı ünsiyyəti genişləndirmək və bunun üçün müxtəlif layihələr hazırlayıb reallaşdırmaqdır.
Hər il təşkil olunan "Rəssamlar görüşü" 18-ci dəfədir keçiriləcək. Fırça ustalarının görüşü iyulun 20-dən avqustun 2-dək davam edəcək.
Türkdilli ölkələrin rəssamlarının ötən ilki görüşü iyunun 16-dan iyulun 5-dək Azərbaycanın Şəki rayonunda keçirilib.