Georgi Tovstonoqov adına Böyük Akademik Dram Teatrı Bakıya qastrol səfərinə gələcək

Georgi Tovstonoqov adına Böyük Akademik Dram Teatrı Bakıya qastrol səfərinə gələcək BADT-nin truppası Rus Dram Teatrının səhnəsində çıxış edəcək
İncəsənət
3 Sentyabr , 2015 15:37
Georgi Tovstonoqov adına Böyük Akademik Dram Teatrı Bakıya qastrol səfərinə gələcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sankt-Peterburqdakı Georgi Tovstonoqov adına Böyük Akademik Dram Teatrı (BADT) Bakıya qastrol səfəri edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, BADT-nin truppası Rus Dram Teatrının səhnəsində çıxış edəcək.

Teatrdan verilən məlumata görə, BADT 98-ci mövsümdə tamaşaçılara bir sıra yeni tamaşalar təqdim etmək niyyətindədir. Teatr "Mən bir daha balaca olanda" "Sərxoşlar" və digər tamaşaları ilə qastrol səfərlərinə getməyi planlaşdırır.  

Son xəbərlər

Orphus sistemi