Teatr Muzeyi Səyavuş Aslanın yubileyi münasibətilə sərgi hazırlayır

Teatr Muzeyi Səyavuş Aslanın yubileyi münasibətilə sərgi hazırlayır Sərgi noyabrın 24-də Milli Dram Teatrının foyesində təqdim ediləcək
İncəsənət
5 Noyabr , 2015 13:54
Teatr Muzeyi Səyavuş Aslanın yubileyi münasibətilə sərgi hazırlayır

Bakı. 5 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın 80 illik yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, yubiley gecəsi noyabrın 24-də keçiriləcək. Bu münasibətlə Azərbaycan Dövlət Teatr Muzeyi teatrın foyesində görkəmli sənətkarın xatirəsinə həsr edilən foto-sərgi təqdim edəcək.

Sərgidə Səyavuş Aslanın ömür və yaradıcılıq yolundan bəhs edən fotolar nümayiş etdiriləcək.

Hazırda Teatr Muzeyində sərginin son tamamlanma işləri aparılır.

Son xəbərlər

Orphus sistemi