Tbilisidə Rəşid Behbudovun 100 illiyinə həsr edilmiş konsert olacaq

Tbilisidə Rəşid Behbudovun 100 illiyinə həsr edilmiş konsert olacaq Konsertdə Gürcüstanın tanınmış bəstəkarı Vaja Azaraşvili, tenor İrakli Murcikneli və başqa musiqiçilər, opera müğənniləri iştirak edəcəklər
İncəsənət
27 Sentyabr , 2016 17:02
Tbilisidə Rəşid Behbudovun 100 illiyinə həsr edilmiş konsert olacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100-cü ildönümü münasibətilə sentyabrın 27-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində konsert olacaq.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, tədbir saat 19.00-da başlayacaq.

Məlumata görə, konsert Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının kiçik zalında olacaq. Təbridə Rəşid Behbudovun oxuduğu opera və mahnılardan nümunələrin videoarxivi nümayiş etdiriləcək.

Xəbərdə bildirilib ki, konsertdə Gürcüstanın tanınmış bəstəkarı Vaja Azaraşvili, tenor İrakli Murcikneli və başqa musiqiçilər, opera müğənniləri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi