Tarzən Vamiq Məmmədəliyevin 70 illik yubileyi qeyd olunub

Tarzən Vamiq Məmmədəliyevin 70 illik yubileyi qeyd olunub Tədbirdə ustad tarzənin dostları, tələbələri iştirak ediblər
İncəsənət
9 İyun , 2016 15:02
Tarzən Vamiq Məmmədəliyevin 70 illik yubileyi qeyd olunub

Bakı. 9 iyun. REPORT.AZ/ H.Sarabski adına Mədəniyyət Evində ustad tarzən, əməkdar artist Vamiq Məmmədəliyevin 70 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, tədbirdə xalq artisti, tarzən Zamiq Əliyev, əməkdar artistlər Mirnazim Əsədullayev, Ağalar Bayramov, Hüseyn Bakılı, kinorejissor Tahir Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehriban Qasımova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Mərasimdə əvvəlcə sənətkarın 70 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib, daha sonra Vamiq Məmmədəliyevin həyat və yaradıcılığından, Azərbaycan musiqi sənətinə göstərdiyi xidmətlərdən danışılıb.

Tədbirdə həmçinin tarzənin ailə üzləri yaddaqalan maraqlı xatirələrini paylaşıb, M.Akçay sənətkara həsr etdiyi “Tarın yaşayan əfsanəsi” adlı şeirini səsləndirib, tələbələri müəllimlərini musiqi nömrəsi ilə təbrik ediblər.

Sonda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin H.Sarabski adına Mədəniyyət Evinin rəhbərliyi adından yubilyara xatirə hədiyyəsi təqdim olunub.

Son xəbərlər

Orphus sistemi