Tanınmış İsveç heykəltəraşı vəfat edib

Tanınmış İsveç heykəltəraşı vəfat edib Karl Fredrik Reytersverd 81 yaşında dünyasını dəyişib
İncəsənət
4 May , 2016 15:15
Tanınmış İsveç heykəltəraşı vəfat edib

Bakı. 4 may. REPORT.AZ/ İsveçli məşhur heykəltəraş Karl Fredrik Reytersverd 81 yaşında vəfat edib.

"Report" xəbər verir ki, 81 yaşlı heykəltəraşın əsərləri dünyanın ən məşhur muzeylərinin ekspozisiyasında saxlanılır.

Heykəltəraş yaratdığı ən məşhur əsərini "Şiddətə qarşı" adlandırıb və bu əsəri dostu, musiqiçi Con Lennonun xatirəsinə həsr edib.1988-ci ildə heykəltəraşın yaratdığı əsər BMT-nin mənzil-qərərgahı qarşısında ucaldılıb.

Qeyd edək ki, K.F.Reytersverd 1934-cü ildə anadan olub. 1950-ci ildə Parisdə təhsil alan Karl Fredrik Reytersverd 1980-ci ildə insult keçirir və iflic olur. İflic olan heykəltəraş ömrünün son günlərinədək sevimli peşəsi ilə məşğul olub.

Son xəbərlər

Orphus sistemi