Şuşa Teatrında “Kitabi-Dədə Qorqud” boyları əsasında hazırlanan tamaşa təqdim ediləcək

Şuşa Teatrında “Kitabi-Dədə Qorqud” boyları əsasında hazırlanan tamaşa təqdim ediləcək “Adını qazanan uşaq” tamaşasını türk yazıçısı Hasan Erkey qələmə alıb
İncəsənət
22 Oktyabr , 2015 13:34
Şuşa Teatrında “Kitabi-Dədə Qorqud” boyları əsasında hazırlanan tamaşa təqdim ediləcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında türk yazıçısı Hasan Erkeyin “Kitabi-Dədə Qorqud” boyları əsasında yazdığı “Adını qazanan uşaq” tamaşasının nümayişi olacaq.

“Report”xəbər verir ki, bu barədə məlumatı Mədəniyyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsi yayıb.

Tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində yuxarı məktəb şagirdləri üçün hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı əməkdar artist Azad Məmmədovdur. Rollarda Sevinc Ağayeva, Vüsalə Məmmədzadə, Etibar Cəfərov, Hamlet Qənbərov, Gündüz Qasımov, Tofiq Hacıyev və başqaları çıxış edir. 

Son xəbərlər

Orphus sistemi