Sumqayıt “Yaşıl teatr”ında konsert olub

Sumqayıt “Yaşıl teatr”ında konsert olub Konsert proqramını Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edib
İncəsənət
10 İyul , 2015 19:17
Sumqayıt “Yaşıl teatr”ında konsert olub

Bakı. 10 iyul. REPORT.AZ/ Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli keçirməsi məqsədilə silsilə konsertlər təşkil edir. Növbəti konsert Nəsimi adına mədəniyyət və istirahət parkının "Yaşıl teatr"ında olub.

"Report" xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb.

Klubun "Dərya", "Zirvə", eləcə də əməkdar artist Aybəniz Haşımovanın yaratdığı "Bülbüllər" musiqi qruplarının təqdim etdiyi musiqi nömrələri şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. "Ovsun" illüziya teatrının illüzionisti Bürünc Xalidin çıxışı isə balaca izləyicilərin ürəyincə olub. Konsertdə həmçinin vətənpərvərlik ruhunda mahnılar ifa olunub, "Lider" rəqs qrupunun təqdimatında Azərbaycan oyun havaları nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi