Sumqayıt Teatrının binası yenidən qurulur

Sumqayıt Teatrının binası yenidən qurulur Teatrın 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqla təchiz olunub
İncəsənət
12 İyul , 2016 14:18
Sumqayıt Teatrının binası yenidən qurulur

Bakı. 12 iyul. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrı yenidən qurulur. 

"Report" xəbər verir ki, teatrda təmir-tikinti işləri başa çatmaq üzrədir. Yeni teatr binası sentyabrda Sumqayıt tamaşaçılarına təqdim ediləcək. 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılıb. 

Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib.

Xatırladaq ki, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 1969-cu il martın 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası ilə pərdələrini açıb. 

Son xəbərlər

Orphus sistemi