Sumqayıt Dövlət Dram Teatrı mövsümə yekun vurub

Sumqayıt Dövlət Dram Teatrı mövsümə yekun vurub Teatr Əziz Nesinin "Öldür məni, can-ciyər" tamaşasını nümayiş etdirib
İncəsənət
16 İyul , 2015 10:41
Sumqayıt Dövlət Dram Teatrı mövsümə yekun vurub

Bakı. 16 iyul. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrı 46-cı mövsümə yekun vurub.

Bu barədə "Report"a Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt Teatrı mövsümü türk yazıçısı Əziz Nesinin "Öldür məni, can-ciyər" tamaşası ilə yekunlaşdırıb.

Tamaşanın quruluşçu rejissoru, əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovdur.

Rolları əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərli oynayıb. 

Xatırladaq ki, Sumqayıt Teatrı "Öldür məni, can-ciyər" tamaşası ilə apreldə İzmirdə keçirilən "Menemen Teatr Festivalı"nda uğurla çıxış edib.

Teatr yeni mövsümü sentyabrın əvvəlində açacaq. 

Son xəbərlər

Orphus sistemi