SSRİ xalq artistinin yubileyi qeyd olunacaq

SSRİ xalq artistinin yubileyi qeyd olunacaq Yubiley gecəsinə bilet satılmır, qonaqlar mərasimə şəxsi dəvətnamə ilə gələ bilərlər
İncəsənət
14 Noyabr , 2015 13:48
SSRİ xalq artistinin yubileyi qeyd olunacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ A.P.Çexov adına Moskva Bədaye Teatrı SSRİ xalq artisti Oleq Tabakovun 80 illik yubileyinə hazırlaşır.

"Report" xəbər verir ki, yubiley tədbirinə bilet satılmır. Mərasimdə iştirak etmək istəyənlər Oleq Tabakovun şəxsi dəvətnaməsi ilə teatra daxil ola bilərlər. 

Yubiley mərasimində jurnalistlərin iştirakı da qismən məhdudlaşdırılıb. Belə ki, mərasimdə Rusiyanın ən tanınmış qəzet və agentliklərinin nümayəndələri iştirak edəcək. Mərasimin ekzklüziv çəkiliş hüququ "ORT 1" telekanalına verilib.

Oleq Tabakovun 80 illik yubiley gecəsinin aparıcılığını tanınmış şoumelər - İvan Urqant və İqor Zolotovitski edəcək.

İki saat davam edəcək yubiley gecəsində rəsmi çıxışlar, təbriklər olmayacaq.

Məxsusi bu gecə üçün Oleq Tabakovun tələbələri - tanınmış aktyorlar Serqey Bezrukov və Vladimir Maşkov xüsusi proqram hazırlayıblar.

Xatırladaq ki, Oleq Tabakovun yubiley tədbirlərinə avqustun 17-dən start verilib.

Son xəbərlər

Orphus sistemi