SSRİ xalq artisti vəfat edib

SSRİ xalq artisti vəfat edib Məşhur opera müğənnisi Yelena Obraztsova Almaniyada dünyasını dəyişib
İncəsənət
12 Yanvar , 2015 16:55
SSRİ xalq artisti vəfat edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın görkəmli opera müğənnisi, SSRİ xalq artisti Yelena Obraztsova vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 76 yaşlı opera müğənnisi Almaniyada dünyasını dəyişib.

2014-cü ilin noyabrında həkimlərin məsləhəti ilə Almaniyaya gedən Y.Obraztsova səhhətində yaranan problemlər səbəbindən Rusiyaya qayıda bilməyib.

Qeyd edək ki, SSRİ xalq artisti Yelena Obraztsova 1939-cu il iyulun 7-də Sankt-Peterburqda dünyaya gəlib.

Vokalçı xanım dünyanın bir çox böyük teatrlarının səhnəsində, o cümlədən İtaliyanın "La Skala", Nyu-Yorkun "Metropoliten-Opera", Londonun "Kovent Qarden" teatrında dəfələrlə çıxış edib. 

Son xəbərlər

Orphus sistemi