"Sönməyən ulduzlar" teatrında "Məhəbbət və şeytan" tamaşası hazırlanacaq

"Sönməyən ulduzlar" teatrında "Məhəbbət və şeytan" tamaşası hazırlanacaq Yeni tamaşanın məşqlərinə sentyabrın 5-dən start verilir
İncəsənət
24 Avqust , 2015 19:13
Sönməyən ulduzlar teatrında Məhəbbət və şeytan tamaşası hazırlanacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar" teatrı yeni teatr mövsümünü sentyabrın 5-də açacaq.

"Report" xəbər verir ki, teatrda yazıçı Marat Haqverdiyevin "Məhəbbət və şeytan" əsəri tamaşaya hazırlanacaq.

Əsərə quruluşu rejissor Yusif Əkbərov verəcək. Tamaşanın məşqləri sentyabrın 5-dən başlayır.

Tamaşada əsas rolları əməkdar artistlər Raziyyə Şirinova, Firuz Xudaverdiyev, Şükufə Musayeva, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, aktyor Məmməd Əliyev və başqaları ifa edəcək.

Qeyd edək ki, "Sönməyən ulduzlar" teatrında əsasən qocaman sənət adamları çıxış edir.

Teatrın bədii rəhbəri əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlıdır.

Xatırladaq ki, Marat Haqverdiyevin bu əsəri uzun illər əvvəl Gənc Tamaşaçılar Teatrında "Məhəbbət, şeytan, lombada" adı ilə nümayiş edilib. 

Son xəbərlər

Orphus sistemi