Opera Balet Teatrının Simfonik Orkestri Almaniyada keçiriləcək festivalda iştirak edəcək

Opera Balet Teatrının Simfonik Orkestri Almaniyada keçiriləcək festivalda iştirak edəcək Festival avqustun 4-dən 11-dək keçiriləcək
İncəsənət
23 İyul , 2015 17:58
Opera Balet Teatrının Simfonik Orkestri Almaniyada keçiriləcək festivalda iştirak edəcək

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Avropanın ən mötəbər musiqi festivallarından biri sayılan Qut-İmmlinq Opera sənəti festivalının rəhbəri Lüdviq Baumandan Teatrın simfonik orkestrinin bu festivalda iştirakı haqqında rəsmi dəvət alıb.

Bu barədə "Report"a Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.

Orkestr bu festivalda səkkizinci dəfə çıxış edəcək.

Qeyd edək ki, simfonik orkestrin qastrol səfəri avqustun 4-dən 11-nə kimi olan müddətdə keçiriləcək və musiqiçilər avqustun 9-da festivalın möhtəşəm qala konsertində çıxış edəcək.

Konsertdə Qərbi Avropa bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Q.Qarayev, F.Əmirov, Niyazi və Polad Bülbüloğlunun əsərləri də səslənəcək.

Qut-İmmlinq festivalında bu il ABŞ, Latın Amerikası, Çin, Yaponiya, Türkiyə, ümumilikdə, 39 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, rejissor və dirijorlar iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan musiqiçilərinin festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi