Şeyx Əbdül Mahmudbəyov "Vəziyyətim yaxşı deyildi, Gürcüstanda müalicə olundum"

Şeyx Əbdül Mahmudbəyov "Vəziyyətim yaxşı deyildi, Gürcüstanda müalicə olundum" Mədəsində qanaxma olan kinorejissor hazırda özünü yaxşı hiss edir
İncəsənət
10 Oktyabr , 2015 13:16
Şeyx Əbdül Mahmudbəyov Vəziyyətim yaxşı deyildi, Gürcüstanda müalicə olundum

Bakı. 10 oktyabr. REPORT.AZ/ Əməkdar incəsənət xadimi, kinorejissor Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. 

Ə.Mahmudbəyov "Report"a açıqlamasında deyib ki, bir müddət əvvəl sağlamlıq durumu pisləşib və Gürcüstanda müayinə və müalicə olunub: "Hələ cavan yaşlarımdan mədə xorasından əziyyət çəkirəm. 52 ildir kino sənətindəyəm. Kino sahəsində çalışanlarda mədə xorası xəstəliyinə tez-tez rast gəlinir. Bu, qeyri-stabil qidalanmadan yaranır. Bu yaxınlarda mənə möhkəm soyuq dəydi. Bundan sonra vəziyyətim ağırlaşdı. Mədəmdə qanaxma oldu. Gürcüstanda kino xadimləri arasında çoxlu dostlarım var. Onların sayəsində Tbilisidə özümü ən yaxşı həkimlərə göstərdim. Müayinə və müalicə olundum. Şükür Allaha, indi yaxşıyam. Amma həkimlər müalicələr tam nəticə verməsə, noyabr-dekabrda əməliyyat olunmağımı məsləhət görüblər".

Ə.Mahmudbəyov son aylar ev problemi ilə bağlı stress keçirdiyini və səhhətinin pisləşməsinin, xəstəliyinin yenidən baş qaldırmasının bununla bağlı olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi