Bakıda “Sevilya bərbəri” operasının tamaşası olacaq

Bakıda “Sevilya bərbəri” operasının tamaşası olacaq Azərbaycanlı opera ustaları bu tamaşada Belarus və Ukraynadan dəvət olunmuş həmkarları ilə birlikdə çıxış edəcək
İncəsənət
12 Aprel , 2016 13:38
Bakıda “Sevilya bərbəri” operasının tamaşası olacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrının mətbuat xidməti məlumat verib.

Azərbaycanlı opera ustaları bu tamaşada Belarus və Ukraynadan dəvət olunmuş həmkarları ilə birlikdə çıxış edəcək.

Teatrın vokalçılarından əməkdar artistlər İnarə Babayeva Rozina, Əkrəm Poladov doktor Bartolo, Səbinə Əsədova Berta, xalq artisti Əli Əsgərov Don Bazilio və gənc solist Tural Ağasıyev isə Fiorello rollarınında çıxış edəcək.

Tamaşada əsas partiyalardan biri olan qraf Almaviva partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyak ifa edəcək.

Fiqaro partiyasını isə Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti Vladimir Qromov ifa edəcək.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Son xəbərlər

Orphus sistemi