Bakıda “Sevilən mahnılar axşamı” adlı konsert keçiriləcək

Bakıda “Sevilən mahnılar axşamı” adlı konsert keçiriləcək Oktyabrın 21-də keçiriləcək konsertdə tanınmış sənət adamları iştirak edəcək
İncəsənət
13 Oktyabr , 2015 14:09
Bakıda “Sevilən mahnılar axşamı” adlı konsert keçiriləcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 21-də Heydər Əliyev Sarayında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş böyük bayram konserti keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev adına Sarayın mətbuat xidməti yayıb.

“Sevilən mahnılar axşamı” adlı konsertdə Respublikanın xalq artisti Bilal Əliyev, əməkdar artist Səlim Abbasov (skripka), tanınmış, gənc müğənnilər Arzu Əliyeva, Gülay Qədirova, Yaşar Cəlilov, Bahar Lətifqızı, Güllü Muradova, Nicat Cəfərzadə, Aşıq Zülfiyyə, Məmməd Nəcəfov və başqaları iştirak edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletləri 5-15 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi