“Şəngülüm, Şüngülüm, Məngülüm” Musiqili Teatrın səhnəsinə gəlir

“Şəngülüm, Şüngülüm, Məngülüm” Musiqili Teatrın səhnəsinə gəlir Tamaşa “Dəcəl çəpişlər” adlanacaq
İncəsənət
1 Aprel , 2015 17:30
“Şəngülüm, Şüngülüm, Məngülüm” Musiqili Teatrın səhnəsinə gəlir

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı yeni uşaq tamaşasının məşqinə start verib.

“Report” xəbər verir ki, Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşviqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanan tamaşa “Dəcəl çəpişlər” adlanır.

Tamaşanın müəllifləri O.Zülfüqarov və R.Heydər, quruluşçu-rejissoru Əhəd Hacıyevdir.

Qeyd edək ki, tamaşanın quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assistenti Elməddin Dadaşovdur. Tamaşada əsas obrazları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəvərov, Fərid Rzayev və başqaları ifa edirlər.

Son xəbərlər

Orphus sistemi