Bakı. 29 iyul. REPORT.AZ/ İyulun 1-də Şəkidə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.
"Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Bəstəkarlar İttifaqı yayıb. İttifaqdan bildirilib ki, festival iyunun 5-dək davam edəcək.
Festivalın açılışı münasibətilə iyunun 30-da Bəstəkarlar İttifaqında mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli musiqiçilər, bəstəkarlar iştirak edir.