Şəki Teatrında "Vicdan yükü" adlı tamaşa hazırlanır

Şəki Teatrında "Vicdan yükü" adlı tamaşa hazırlanır Tamaşanın premyerası iyunda olacaq
İncəsənət
22 Aprel , 2016 13:11
Şəki Teatrında Vicdan yükü adlı tamaşa hazırlanır

Bakı. 22 aprel. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır.

Bu barədə "Report"a Şəki Teatrının baş rejissoru Mirbala Səlimli məlumat verib.

Onun sözlərinə görə, tamaşa Şəfaət Mehdiyevin "Vicdan yükü" əsəri əsasında hazırlanır.

Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimlidir.

Səhnə əsərində əməkdar artist Xanlar Həşimzadə, aktyorlar Çinarə Səmədova, Lalə Məmmədova, Akif Yusifov, Rəhim Qocayev və başqaları rol alıb.

"Vicdan yükü" tamaşasının premyerası iyun ayında olacaq.

Son xəbərlər

Orphus sistemi