Şəki teatrında "Və dəyirman dönərdi" tamaşasının premyerası keçiriləcək

Şəki teatrında "Və dəyirman dönərdi" tamaşasının premyerası keçiriləcək Premyera dekabrın 14-də olacaq
İncəsənət
9 Dekabr , 2015 17:12
Şəki teatrında Və dəyirman dönərdi tamaşasının premyerası keçiriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni tamaşanın premyerası olacaq.

Teatrın direktoru Hikmət Nəbiyev "Report"a açıqlamasında deyib ki, Şəki Dövlət Dram Teatrında görkəmli türk dramaturqu Haldun Tanerin "Və dəyirman dönərdi" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək. 

Başa çatmaqda olan 2015-ci ilin TÜRKSOY-un xətti ilə Haldun Taner ili elan edildiyini vurğulayan H.Nəbiyev qeyd edib ki, bu münasibətlə Şəki Dövlət Dram Teatrında türk dramaturqun "Və dəyirman dönərdi" əsəri əsasında eyniadlı tamaşa hazırlanıb: "Tamaşanın daxili baxışı dekabrın 13-də olacaq. Premyeranı isə dekabrın 14-də nümayiş etdirəcəyik"

Onun sözlərinə görə, Haldun Tanerin 100 illik yubileyi münasibətilə Şəki Dövlət Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedəcək: "Qastrol səfəri 2016-cı ilin mart ayında olacaq. Türkiyənin 7-8 şəhərində Haldun Tanerin "Və dəyirman dönərdi", İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" və Əhməd Orucoğlunun "Oğru" əsəri əsasında hazırlanan tamaşaları nümayiş etdirəcəyik".

Yeni tamaşanın quruluşçu rejissoru - əməkdar incəsənət xadimi, Şəki teatrının baş rejissoru Mirbala Səlimlidir.

Son xəbərlər

Orphus sistemi