Şəki teatrı "Don Kixot" tamaşasını repertuarına daxil edəcək

Şəki teatrı "Don Kixot" tamaşasını repertuarına daxil edəcək Tamaşa 2015-ci ilin sonunda hazır olacaq
İncəsənət
9 İyul , 2015 14:40
Şəki teatrı Don Kixot tamaşasını repertuarına daxil edəcək

Bakı. 9 iyul.REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni mövsümdə Migel de Servantesin "Ağıllı zadəgan-Don Kixot" romanı əsasında M.Bulqakovun səhnələşdirdiyi "Don Kixot" tamaşasını repertuarına daxil edəcək. 

Bunu "Report"a açıqlamasında Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli deyib. 

Onun sözlərinə görə, tamaşa 2015-ci ilin sonunadək hazır olacaq. 

Əsərə quruluşu M.Səlimli verəcək. 

Tamaşada Şəki Dövlət Dram Teatrının aparıcı aktyorları çıxış edəcək.  

Son xəbərlər

Orphus sistemi