Şəki teatrı bölgələrdə qastrol səfərindədir

Şəki teatrı bölgələrdə qastrol səfərindədir Teatr Yevlax, Balakən və Qax rayonlarında tamaşa nümayiş etdirəcək
İncəsənət
12 İyul , 2016 18:00
Şəki teatrı bölgələrdə qastrol səfərindədir

Bakı. 12 iyul. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Azərbaycanın bölgələrində qastrol səfərindədir.

Bu barədə "Report"a Şəki teatrının aktyoru, əməkdar artist Xanlar Həşimzadə məlumat verib.

Onun sözlərinə görə, teatr yazıçı Əhməd Orucoğlunun "Oğru" əsəri ilə Şamaxı və Qəbələ rayonlarında çıxış edib: "Yevlax, Balakən və Qax rayonlarında da tamaşa nümayiş etdirəcəyik". 

Qastrol səfəri iyulun 18-dək davam edəcək.

Xatırladaq ki, teatrın reperuarında sevilən tamaşalardan olan Əhməd Orucoğlunun "Oğru" əsərinə teatrın aktyoru, əməkdar artist Əbülfət Salahov quruluş verib.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, İqrar Salamov və başqaları ifa edir.

Son xəbərlər

Orphus sistemi