Bakı. 18 may. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Türkiyənin Bartin şəhərində keçiriləcək 23-cü Uluslararası Bartin Teatr Festivalında iştirak edəcək.
Bu barədə "Report"a Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli məlumat verib.
Baş rejissorun sözlərinə görə, mayın 13-dən 15-dək Bartin şəhərində qastrol səfərində olan Şəki Teatrına 2017-ci ildə keçiriləcək Bartin Teatr Festivalında iştirak dəvəti gəlib.
Teatrın kollektivi festival üçün xüsusi tamaşa hazırlayacaq.