Şəki Dövlət Dram Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə gedib

Şəki Dövlət Dram Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə gedib Şəki teatrı Bartin şəhərində görkəmli türk dramaturqu Haldun Dönərin "Və dəyirman dönərdi" tamaşasını nümayiş etdirəcək
İncəsənət
14 May , 2016 16:05
Şəki Dövlət Dram Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə gedib

Bakı. 14 may. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə gedib.

Bu barədə "Report"a Şəki teatrının baş rejissoru Mirbala Səlimli məlumat verib.

Mayın 13-dən 15-dək davam edən qastrol səfərində Şəki Teatrının kollektivi bir tamaşa ilə çıxış edəcək. Şəki teatrı Bartin şəhərində görkəmli türk dramaturqu Haldun Dönərin "Və dəyirman dönərdi" tamaşasını nümayiş etdirəcək.

Qeyd edək ki, Haldun Dönərin "Və dəyirman dönərdi" tamaşası TÜRKSOY-un təşəbbüsü ilə görkəmli türk dramaturqunun 100 illik yubileyi münasibətilə hazırlanıb.

Son xəbərlər

Orphus sistemi