Şamil Mahmudbəyovun yubileyi qeyd olunacaq

Şamil Mahmudbəyovun yubileyi qeyd olunacaq Yubiley Dövlət Film Fondunda keçiriləcək
İncəsənət
21 Noyabr , 2014 15:50
Şamil Mahmudbəyovun yubileyi qeyd olunacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu il dekabrın 5-də tanınmış rejissor, əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 90 yaşı tamam olur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun yaydığı məlumatda bildirilib.

Dekabrın 6-da Dövlət Film Fondunda Ş.Mahmudbəyovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Yubiley tədbirində rejissorun sənət dostları, ailə üzvləri iştirak edəcək.

Qeyd edək ki, Dövlət Film Fondunun foyesində Ş.Mahmudbəyovun ömür və yaradıcılıq yolundan bəhs edən foto-sərgi nümayiş ediləcək.

Son xəbərlər

Orphus sistemi