Samarada "Mstislav Rastropoviç adına Musiqi Festivalı" başlayıb

Samarada "Mstislav Rastropoviç adına Musiqi Festivalı" başlayıb Festival iki gün davam edəcək
İncəsənət
7 Dekabr , 2015 10:43
Samarada Mstislav Rastropoviç adına Musiqi Festivalı başlayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Samarada "Mstislav Rastropoviç adına Musiqi Festivalı" başlayıb.

"Report" xəbər verir ki, səkkizinci dəfə təşkil olunan festival iki gün davam edəcək. Tədbirdə Marinski Teatrının Simfonik orkestri çıxış edəcək.

Samara Akademik Opera və Balet Teatrının səhnəsində keçiriləcək konsert proqramı 3 hissədən ibarət olacaq. Üçüncü konsert xeyriyyə məqsədilə təşkil ediləcək.

Builki festivalda bəstəkar Sergey Raxmaninovun musiqiləri səslənəcək. 

Son xəbərlər

Orphus sistemi