Salyanda 10 yaşlı pianoçu qızın solo konserti keçirilib - FOTO

Salyanda 10 yaşlı pianoçu qızın solo konserti keçirilib - FOTO İradə Həsənova pianoda Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqilərini səsləndirib
İncəsənət
16 Yanvar , 2016 10:49
Salyanda 10 yaşlı pianoçu qızın solo konserti keçirilib - FOTO

Bakı. 16 yanvar. REPORT.AZ/ Qulu Əsgərov adına Salyan incəsənət məktəbində 10 yaşlı qızın solo konserti keçirilib. "Report" xəbər verir ki, "Mənim musiqili dünyam" adlı solo konsertində 10 yaşlı İradə Həsənova pianoda Azərbaycan, Rusiya və digər xarici ölkə bəstəkarlarının musiqilərini ifa edib. Bir saatdan çox davam edən solo konsertdə istedadlı qızın hər çıxışı zalda oturan tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, Salyan şəhərində doğulan İradə Həsənova 5 yaşından musiqi ilə məşğul olur. O, Azərbaycanda keçirilən musiqi festivallarında, müsabiqələrində iştirak edib. Qiymətli hədiyyələrlə, fəxri fərman və diplomlarla mükafatlandırılıb.

Hazırda İradə Həsənova Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin 4-cü sinfində oxuyur.

Son xəbərlər

Orphus sistemi