Rusiyanın məşhur aktyorları Heydər Əliyev Sarayında çıxış edəcəklər

Rusiyanın məşhur aktyorları Heydər Əliyev Sarayında çıxış edəcəklər "Sizin ərinizi almaq istəyirəm" komediyası mayın 3-də nümayiş etdiriləcək
İncəsənət
15 Mart , 2016 20:43
Rusiyanın məşhur aktyorları Heydər Əliyev Sarayında çıxış edəcəklər

Bakı. 15 may. REPORT.AZ/ Rusiyanın məşhur teatr və kino aktyorları Heydər Əliyev Sarayında çıxış edəcəklər.

"Report" xəbər verir ki, mayın 3-də Heydər Əliyev Sarayının səhnəsində SSRİ xalq artisti Qalina Polskix, Rusiyanın xalq artisti Valentin Smirnitski, aktrisa İrina Jorjun iştirakı ilə Mixail Zadornovun "Sizin ərinizi almaq istəyirəm" komediyası nümayiş etdiriləcək.

Moskva О'Кey Teatrının quruluşunda hazırlanan komediyanın biletləri 15-60 manatdan satışa çıxarılıb.

Qeyd edək ki, əsərin müəllifi Mixail Zadornov Bakıya gələ bilməyəcək.

Tamaşa saat 19.00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi