Rusiyanın ən varlı aktyorlarının adları açıqlanıb

Rusiyanın ən varlı aktyorlarının adları açıqlanıb Siyahıda birinci yerdə Dmitri Nagiyev, sonuncu yerdə isə Nikita Mixalkov qərarlaşıb
İncəsənət
22 İyul , 2016 11:25
Rusiyanın ən varlı aktyorlarının adları açıqlanıb

Bakı. 22 iyul. REPORT.AZ/ "Forbes" jurnalı Rusiyanın ən varlı aktyorlarının adlarını açıqlayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıya 9 nəfərin adı daxil edilib. 

Reytinq siyahısında birinci yerdə 3,2 milyon dollar varidatla Dmitri Nagiyev gəlir. İkinci yeri 1,3 milyon dollar gəlirlə Fyodor Bondarçuk, üçüncü yeri isə 1,1 milyon dollar gəlirlə Oleq Tabakov tutub. 

Bir milyon dollar varidatı olan Svetlana Xodçenkova və Vladimir Maşkov siyahıda 4-cü və 5-ci yerlərdə qərarlaşıblar. 

Sonrakı yerlərdə 0,9 milyon dollar varidatla Danila Kozlovski, 0,8 milyon dollar əmlakla Konstantin Xabenski, 0,6 milyon dollar gəlirlə Sergey Bezrukov gəlir. 

Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiyanın xalq artisti Nikita Mixalkovun adı siyahıda sonuncu yerdə qərarlaşıb. Jurnalın hesablamalarına görə, N.Mixalkovun varidatı 0,35 milyon dollar civarındadır.

Son xəbərlər

Orphus sistemi