Rusiyanın əməkdar artisti Stas Mixaylov xəstəxanaya yerləşdirilib

Rusiyanın əməkdar artisti Stas Mixaylov xəstəxanaya yerləşdirilib Onun qan təzyiqinin artdığı bildirilir
İncəsənət
19 Aprel , 2016 02:43
Rusiyanın əməkdar artisti Stas Mixaylov xəstəxanaya yerləşdirilib

Bakı. 19 aprel. REPORT.AZ/Rusiyanın əməkdar artisti, estrada müğənnisi Stas Mixaylov xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, Stavropoldakı Mədəniyyət sarayında konsert ərəfəsində sənətçinin səhhətində problem yaranıb. Onun qan təzyiqinin birdən-birə artdığı bildirilir.

Buna görə də iki dəfə təcili yardım çağırılıb. Sənətçinin səhhətində problem yaranması səbəbindən konsert təxirə salınıb.  

Son xəbərlər

Orphus sistemi