Rusiyada Georgi Tovstonoqov adına mükafatın təqdimatı təxirə salınıb

Rusiyada Georgi Tovstonoqov adına mükafatın təqdimatı təxirə salınıb Bu mükafat 2001-ci ildə SSRİ xalq artisti Kirill Lavrovun təşəbbüsü ilə təsis edilib
İncəsənət
20 İyul , 2016 21:11
Rusiyada Georgi Tovstonoqov adına mükafatın təqdimatı təxirə salınıb

Bakı. 20 iyul. REPORT/AZ/ Cari il Rusiyanın nüfuzlu teatr mükafatlarından biri olan "Teatr sənətinin inkişafına verdiyi əvəzedilməz töhfələrə" görə Georgi Tovstonoqov adına mükafatın təqdimat mərasimi baş tutmayacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq "Aktyor evi"ndə "Qızıl sofit" teatr mükafatının sədri, Rusiyanın xalq artisti Nikolay Burov məlumat verib.

Onun sözlərinə görə, mükafatın təqdimat mərasiminin təxirə salınması işin gedişatı üçün xeyirli olacaq: "Bir illik fasilə zamanı G.Tovstanoqov adına nüfuzlu mükafatı alacaq namizədlərin siyahısı, mükafata təqdim edilən sənət əsərlərinin ən yaxşıları gözdən keçiriləcək". 

Xatırladaq ki, görkəmli rejissor Georgi Tovstonoqov adına teatr mükafatı 2001-ci ildə SSRİ xalq artisti Kirill Lavrovun təşəbbüsü ilə təsis edilib. Mükafatı müxtəlif illərdə Rusiyanın görkəmli sənət xadimləri - Mark Zaxarov, Oleq Tabakov, Boris Pokrovski, Robert Strua, Qalina Volçek, Konstantin Raykin və başqaları alıb. 2008-ci ildə mükafatın qalibləri Georgi Tovstonoqovun tələbələri - rejissor Genrietta Janovskaya və Kama Qinkas olub.

Qeyd edək ki, mükafatın təqdimat mərasiminin təxirə salınması 15 ildə ilk dəfə olaraq baş verib.


Son xəbərlər

Orphus sistemi