Rusiyada aktyor öz aktyor oğlunu öldürüb

Rusiyada aktyor öz aktyor oğlunu öldürüb Evdə törədilən qətllə bağlı polisə qonşular məlumat verib
İncəsənət
13 May , 2016 17:16
Rusiyada aktyor öz aktyor oğlunu öldürüb

Bakı. 13 may. REPORT.AZ/ Rusiyanın Volokolamske vilayətində aktyor öldürülüb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, aktyor Pavel Meşeryakov bıçaqla qətlə yetirilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, P.Meşeryakovu atası, 56 yaşlı Viktor Meşeryakov öldürüb. V.Meşeryakov özü də aktyordur. O, şübhəli şəxs kimi polisə aparılıb.

Evdə törədilən qətllə bağlı polisə qonşular məlumat verib. Qonşuların sözlərinə görə, dəfələrlə sərxoş atanın oğlu ilə davalarına şahid olublar.

Qətlə yetirilən Pavel Meşeryakov son illər "Tekstilşik" Mədəniyyət Evində səs rejissoru vəzifəsində çalışıb və həmin mədəniyyət evində aktyor kimi səhnəyə çıxıb.

Son xəbərlər

Orphus sistemi