Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya Akademik Böyük Teatrının brass-kvinteti Beynəlxalq Muğam Mərkəzində konsert verib.
"Report" xəbər verir ki, konsert VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.
Rusiya Akademik Böyük Teatrının brass-kvintet adıçəkilən festivalda iştirak etmək üçün Azərbaycana gəlib. Qonaqlar Bakıda ilk dəfə olduqlarını bildiriblər və paytaxt haqqında xoş təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, kollektiv ötən əsrin 80-ci illərində yaranıb. Moskva Böyük Teatr Orkestrinin tərkibində fəaliyyət göstərən qrupa Aleksey Kornilyev (truba, flüqelqorn), Yevgeni Quryev (truba), Aleksandr Jbanov (turba), Aleksey Rayev (valtorna) və Erkin Yusupov (trombo) daxildir.