Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə gedib

Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə gedib Teatr noyabrın 11-12-də "Maskarad" və Jan Rasinin "Fedra" tamaşalarını rusiyalı tamaşaçılara təqdim edəcək
İncəsənət
9 Noyabr , 2015 11:08
Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə gedib

Bakı. 9 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburq şəhərinə qastrol səfərinə gedib.

"Report" xəbər verir ki, Rus Dram Teatrının kolletkivi Sankt-Peterburq Dövlət Dram Teatrında tamaşalar nümayiş etdirəcək.

Teatr noyabrın 11-12-də "Maskarad" və Jan Rasinin "Fedra" tamaşalarını rusiyalı tamaşaçılara təqdim edəcək.

Xatırladaq ki, hər iki tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri və baş rejissoru Aleksandr Şarovskidir. 

Son xəbərlər

Orphus sistemi